Keşmiş bələdiyyə sədrinin oğlu qız üstündə qan tökdü

Hadisədə icra başçısının oğlunun adı hallanırdı

Bu gün gecə saatlarında Nabranda silahlı insident olub. ANS PRESS-in məlumatına görə, insident tanınmış istirahət mərkəzində qeydə alınıb. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisənin qız üstündə baş verdiyi ehtimal olunur. Güllələnilən şəxsin kimliyi hələlik məlum olmasa da hadisəni törədən şəxsin adına aydınlıq gəlib. Xaçmaz rayon polis şöbəsinin rəis müavini Valik Vəlimətov ANS PRESS-in bölgə müxbirinə açıqlamasında hadisəni törətmiş şəxsin Quba hadisələri ilə əlaqədar məhkum olunmuş şəhər bələdiyyəsinin keçmiş sədri Elxan Əliyevin oğlu olduğu bildirib. Qeyd edək ki, mətbuatda bu hadisəni Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin oğlunun törətdiyi barədə məlumat yayılıb. İcra başçısı bölgə müxbirinə açıqlamasında bu iddianın tamamilə əsasssız olduğunu deyib. O bildirib ki, oğlu hazırda xaricdədir və yayılan məlumatlar həqiqəti əks etdirmir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31