İki "Mercedes"in toqquşması nəticəsində yanğın baş verib

Azərbaycan, Bakı, 3 avqust /Trend/

İki "Mercedes"in toqquşması nəticəsində yanğın baş verib.Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus "Mercedes" markalı yük avtomobilinin, digər vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili ilə toqquşması nəticəsində yanğın baş verib. Yanğın nəticəsində "Mercedes" markalı minik avtomobilinin salonu qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın saat 05:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31