Sumqayıtda evdə qumbara partladı, ata və oğul xəsarət aldılar
Sumqayıt şəhərində yaşayan şəxsin evində qumbara ilə ehtiyatsız davrandığından partlayış baş verib
2 Avqust 2014 14:40 KriminalDaxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 1-də saat 02 radələrində Sumqayıt şəhəri, 51-ci məhəllədə yaşayan Əmiraslan Haşumov evində qumbara ilə ehtiyatsız davrandığından partlayış baş verib. Nəticədə dağıntı olmayıb, Ə.Haşımov və atası Mirdamət xəstəxanaya yerləşdiriliblər.Evə baxış zamanı 7 ədəd avtomat patronu aşkar edilərək götürülüb.Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31