Bakıda tikinti şirkətində partlayış, yaralanan var
Bakının Səbail rayonunda "Tunel Tikinti" MMC-yə məxsus yardımçı otaqda partlayış olub
2 Avqust 2014 14:39 KriminalDaxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 1-də saat 07 radələrində Səbail rayonu, Salyan şossesində yerləşən "Tunel Tikinti" MMC-yə məxsus yardımçı otaqda məişətdə istifadə edilən qaz balonu partlayıb.Dağıntı olmayıb, lakin orada fəhlə işləyən Lənkəran rayon sakini Elnur Rəhimov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31