Bakı İstintaq Təcridxanasında ölüm hadisəsi
27 Aprel 2012 19:08 KriminalBu gün Penitensiar Xidmətin Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasında ölüm hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, səhər saatlarında təcridxanada saxlanılan məhbuslardan birinin meyiti tapılıb. Dərhal aidiyatı üzrə hüquq-mühafizə orqanlarına müraciət edilib. Təcridxanaya polis və prokurorluq işçiləri gedib. Penitensiar Xidmətlə əlaqə saxlayaraq ölən məhbusun adını öyrənmək istəsək də, idarədən bu cür hadisələrə şərh verilmədiyi bildirilib. Təcridxanadan da ölən məhbusun adını deməkdən imtina ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31