İsmayıllıda kafedə qan töküldü

İsmayıllıda kafedə qan tökülüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə avqustun 12-də İsmayıllı rayonunun Kürdmaşı kəndi ərazisində baş verib. Kənd ərazisindəki "Kəpənək" kafesində Göyçay şəhər sakini Elsevər Abbasov münaqişə zəminində Abdurəhman Abdurəhmanova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçıb.  E.Abbasov İsmayıllı RPŞ əməkdaşları tərəfindən tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31