Şəmkirdə 3 otaqlı ev külə dönüb

Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində vətəndsaşa məxsus villada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 3 otaqlı kürsülü evin yanar konstruksiyaları 130 kv.m sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın  yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31