Nəsimidə 3 mərtəbəli villa yanıb

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus üçmərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın zamanı binanın pilləkən qəfəsində ümumi sahəsi 7 kv.m olan köməkçi otağın içərsində ev əşyaları yanıb. Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub. Yanğın  yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31