Axtarışda olan azərbaycanlı Rusiyada tutuldu

Azərbaycanda axtarışda olan şəxs Rusiyada saxlanılıb. "Olaylar"ın APA-ya istinadən məlumatına görə,  Tomsk şəhərinin hüquq-mühafizə orqanları cinayət törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşını tutub. Məlum olub ki, saxlanılan şəxs vətənində hərbi xidmətdən yayındığı üçün beynəlxalq axtarışa verilib. Artıq Rusiya tərəfi Azərbaycan Daxili İşlər Nazirliyini həmin şəxsin saxlanılması haqqında məlumatlandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31