Dövlətə xəyanətdə ittiham olunan iki şəxsə ÖMÜRLÜK HƏBS

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Vəliyev Hafiz Ramiz oğlu və Ağamirov Ağamir Novruz oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. "Olaylar"ın Apa-ya istinadən məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, hər iki şəxs ömürlük olaraq azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hər iki şəxs İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilir. Onlar Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31