Bakıdakı məşhur barda qanlı dava: ölən var

Gecə klubunda 18 yaşlı oğlan öldürülüb

Bakı şəhərinin mərkəziundə yerləşən barda törədilmiş qətl hadisəsinin üstü açılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, iyulun 31-də Bülbül prospektində naməlum şəxs Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Vüsal Abdullayevi bıçaqla qətlə yetirib. BPİ TŞX, Nəsimi RPİ CAŞ və 22-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, qətldə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1994-cü il təvəllüdlü Emin Ağazadə tutulub. Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

*****

31 iyul 10:08

İyulun 31-nə keçən gecə Bakıda qətl törədilib. Lent.az-ın məlumatına görə, Nəsimi rayonu Bülbül küçəsi 25 ünvanında "Corol" barın qarşısında 1996-cı il təvəllüdlü Abdullayev Vüsal İlham oğlu bıçaqlanıb. Naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanmış 18 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi açılıb. Əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31