Avtomobil elektrik dirəyinə çırpılıb

Sürücü yerindəcə keçinib

Bakının Xəzər rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə Xəzər rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, hadisə rayonunun Buzovna qəsəbəsində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini Yaqub Həsənov idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub. Nəticədə sərnişin Etibar Quliyev hadisə yerində dünyasını dəyişib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31