Saxta pul alverçisi saxlanıb

Valyutadəyişmə məntəqəsində saxta pul dəyişmiş Rusiya Federasiyası vətəndaşı tutulub. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 29-da, saat 13 radələrində Nərimanov rayonu ərazisində yerləşən valyutadəyişmə məntəqəsinə gəlmiş naməlum şəxs orada işləyən Bakı şəhər sakini Elşad Cəfərquliyevə 24000 rubl verib 518 manat 40 qəpik pul alaraq oranı tərk edib. Sonradan həmin pulların saxta olması müəyyən edilib. Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşları tərəfindən hadisəni törətmiş Rusiya Federasiyası vətəndaşı Hüseyn Hüseynli tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31