2120 ədəd çətənə kolu məhv edilib

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən sərhədboyu zonalarda rejim tədbirləri keçirilib. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, tədbir çərçivəsində Şəki rayonu Öryət kəndi ərazisində narkotik xassəli çətənə kolları aşkar olunub. Hündürlüyü 1,20-1,70 metr olan 2120 ədəd ümumi çəkisi 1350 kq yabanı halda bitmiş narkotik xassəli çətənə kolları müvafiq qaydada məhv edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31