İrandan tiryək keçirmək cəhdinin qarşısı alınıb

Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından piyada yolla Azərbaycan Respublikasına gələn Rusiya Federasiyasının vətəndaşları - Zeynal Bayramov və özünü onun həyat yoldaşı kimi təqdim edən Marina Berestin üzərində şəxsi yoxlama keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, baxış zamanı onlardan 2 ədəd bağlamada ümumi xalis çəkisi 264,694 qram olan narkotik vasitə - tiryək aşkar olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31