Qəbələdə 1 otaqlı ev yanıb
31 İyul 2014 13:38 KriminalQəbələ rayonu, Daşlıca kəndində vətəndaşa məxsus 1 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən veriləın məlumata görə, yanğın zamanı ümumi sahəsi 39 kv.m olan birmərtəbəli 1 otaq və aynabənddən ibarət evin 6 kv.m sahədə çardağının yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi və evə bitişik tövlə,talvar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31