Naftalanda istirahət mərkəzi yanıb

Naftalan şəhərində itirahət mərkəzində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 325 kv.m olan istirahət mərkəzinin yanar konstruksiyaları 290 kv.m sahədə yanıb. Hal-hazırda fəaliyyət göstərməyən mərkəzin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31