Cəlilabadda meşə yanıb

Cəlilabad rayonu, Ağdaş kəndində Göytəpə Meşəbəyliyinin ərazisində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə 2 ha sahədə kol-kos və ağaclar yanıb. Meşə ərazisi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31