Bakıda dəhşətli olay: dəzgah 20 yaşlı oğlanı doğradı
Fəhlə sexdəki dəzgahın içinə düşüb
31 İyul 2014 12:12 KriminalBakının Nizami rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, iyulun 20-da Keşlə qəsəbəsi Davud Aslanov küçəsində yerləşən ət fabrikinin ərazisində fəhlə ölüb. Ət fabrikinin ərazisindəki qutu sexində işləyən 1994-cü il təvəllüdlü İbrahimov Vüsal Şahin oğlu fəaliyyətdə olan dəzgahın içinə düşüb. O aldığı xəsarətlərdən elə dəzgahın içindəcə keçinib.Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31