TQDK-nın qarşısında FACİƏ

Bakıda tikintidə faciəvi hadisə baş verib

Nəsimi Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Həsən Əliyev küçəsi-17 ünvanının (TQDK-nın) qarşısında elektrik yarımstansiyasının tikintisində işləyən 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Belə ki, orada usta işləyən Zaqatala rayon sakini, 1957-ci il təvəllüdlü Fətquliyev Süleyman Fətqulu oğlu yıxılıb və nəticədə dəmir parçası onun döş qəfəsi nahiyəsinə sancılıb. S.Fətquliyev aldığı xəsarətdən hadisə yerindəcə keçinib.Faktla bağlı araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31