Bakıda şüşə sexində yanğın olub
30 İyul 2014 21:19 KriminalBakıda şüşə sexində yanğın olub. Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Qaradağ rayonu, Bakı-Salyan yolunun 25-ci klometrliyində ümumi sahəsi 100 kv.m şüşə istehsalı sexində həcmi 100 tonluq şüşəəritmə sobasında texniki işlər aparılan zaman əraziyə dağılmış ərimiş şüşə 30 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31