Avtomobil dərəyə aşdı
Hadisə Xaçmaz-Quba yolunun 6-cı kilometrliyində baş verib
30 İyul 2014 20:28 KriminalAzərbaycanda yol qəzası olub. "Olaylar"ın Anspress-ə istinadən məlumatına görə, hadisə Xaçmaz-Quba yolunun 6-cı kilometrliyində, Yergüc kəndi ərazisində baş verib. Belə ki, Quba rayonunun Barlı kənd sakini Fariz Şahkərimovun idarə etdiyi "Wolsvagen-Passat" markalı avtomaşın idarəetməni itirərək dərəyə yuvarlanıb. Nəticədə sürücü və maşında olan iki nəfər müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralılar 53 yaşlı Məlahət Şahkərimova və bir yaşlı Güllü Şahkərimovanın vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırma başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31