Bakıda məktəb mühafizəçisi iş başında öldü

Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub

Ötən gün Bakının Binəqədi rayonu ərazisində məktəb həyətində ölüm hadisəsi baş verib. "Olaylar"-ın Anspress-ə  istinadən verdiyi məlumata görə, hadisə Binəqədi rayonu Z.Bünyadov küçəsində yerləşən 3 saylı orta məktəbdə qeydə alınıb. Belə ki, həmin məktəbdə mühafizəçi işləyən Xaliq Əliyevin meyiti həyətdə aşkarlanıb. Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı meyidin üzərində orakılıq əlamətləri müşahidə olunmayıb. İlkin ehtimala görə, Xaliq Əliyev ürək tutmasından ölüb. Lakin ölümün dəqiq səbəbləri aparılacaq tibbi ekspertizadan sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31