Rejissor Kənan M.M-ə qarşı cinayət işi açılıb - DİN-dən açıqlama

"Müğənni Vüqar Muradovun şikayət ərizəsini geri götürməsi barədə məlumatımız yoxdur. Cinayət Məcəlləsinin 221-i maddəsi ilə Kənan Mahmudova qarşı cinayət işi açılıb. Hazırda istintaq gedir və istintaqın nəticəsindən asılı olaraq qanuni qərar çıxarılacaq". "Olaylar"-ın Modern.az-a istinadən məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib.

Qeyd edək ki, müğənni Vüqar Muradov qardaşı Vüsalla Binəqədi rayon Polis İdarəsinə ərizə ilə müraciət ediblər. Qardaşlar Kənan M.M kimi tanınan rejissor Kənan Mahmudovun bir qrup şəxslə birlikdə zor tətbiq edərək onları döydüyünü bildiriblər. Daha sonra isə Vüqar Muradov KİV-ə açıqlama verərək "Kənan məndən üzr istədi,onu bağışladım, ərizəmi geri götürdüm", - deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31