Xalası məhbusa telefon ötürmək istədi
30 İyul 2014 17:02 KriminalƏdliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1; 234.4.3; 93..1.4 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Arzu Rafiq qızı Əsgərovanın yanına qısamüddətli görüşə gəlmiş xalası Səlimə Muxtar qızı Muxtarovanın üzərinə baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı onun cibindən daxilində "Nar" danışıq kartı olan 1 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31