Səsgücləndiricinin içərisində telefon aşkar edildi

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Nahid Malik oğlu Həmidova vətəndaş Emin Rəsul oğlu Musayev tərəfindən poçt vasitəsi ilə göndərilmiş bağlamaya baxış keçirilən zaman, orada olan 2  ədəd səsgücləndiricinin içərisində gizlədilmiş 1 ədəd "Samsung" və 1  ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.  Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31