Toyuğun içərisindən telefon çıxdı
30 İyul 2014 16:55 KriminalƏdliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Cinayət Məcəlləsinin 234.4.1; 234.4.3 maddələri ilə 11 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum İlqar Oqtay oğlu Quliyevin yanına qısa müddətli görüşə gəlmiş atası Oqtay Bəbəş oğlu Quliyevin gətirdiyi sovqata baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı onun gətirdiyi iki ədəd toyuğun içərisində gizlədilmiş qara rəngli "Nokia-1280" və "Nokia-C5" markalı işlək vəziyyətdə olan mobil telefon aparatları aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31