Azərbaycanda bir kənd yasa batdı

Yol qəzası bir kənddən 4 nəfərin ölümünə səbəb olub

Yevlax rayonunda dəhşətli yol qəzası baş verib.  "Olaylar"-ın Anspress-ə istinadən məlumatına görə,  Bünyadabad kəndi ərazisində Tofiq Əliyev idarə etdiyi "VAZ-2106" markalı avtomobili kanala aşırıb. Nəticədə T.Əliyev və sərnişinləri Bünyadabad kənd sakinləri Fazil Həsənov, Baxşəli Həsənov və Nəriman Hüseynov hadisə yerində ölüb. İlkin ehtimala görə, qəzaya avtomobilin sürət həddini aşması səbəb olub. Qəzada ölənlərin hamısı eyni kənddən olublar. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31