Qardaş bacının qanını tökdü

Şəkidə 55 yaşlı qardaş mülk üstündə 62 yaşlı bacısını bıçaqlayıb

Şəki rayonunda qardaş bacısını bıçaqlayıb. "Olaylar"-ın Anspress-ə istinadən verdiyi məlumata görə, Şəki şəhəri, Şəhriyar küçəsi - ev 24 ünvanında yaşayan 1959-cu il təvəllüdlü Bayram Mustafa oğlu Məmmədov ailə münaqişəsi zəminində bacısı, 1952-ci il təvəllüdlü Zöhrə Mustafa qızı Məmmədovanı bıçaqlayıb. Qardaş bacısının boğaz nahiyəsindən vurub. Ağır xəsarət alan Zöhrə Məmmədova xəstəxanaya yerləşdirilib. İlkin ehtimala görə, insident mülk üstündə baş verib. Bacısını bıçaqladıqdan sonra qardaş hadisə yerindən qaçsa da, az keçməmiş polis onu yaxalayıb.Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31