Zərdab sakini Bakıda narkotik satarkən qandallandı

Bakı polisi 20 kiloqrama yaxın narkotik vasitəni dövriyyədən çıxarıb. "Olaylar"-ın Apa-ya istinadən məlumata görə, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zərdab rayon sakini, əvvəllər 4 dəfə məhkum olunmuş, 1961-ci il təvəllüdlü Qəhrəman Əliyev 17 kiloqramdan çox marixuananı satarkən cinayət başında tutulub. Q. Əliyev həmin narkotik vasitəni satış məqsədi üçün özü əkib-becərdiyini etiraf edib. Faktla bağlı araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31