Bakı yaxınlığında güclü yanğın: ölən var
26 İyul 2014 18:15 KriminalBu gün Abşeron rayonunda güclü yanğın olub. Lent.az-ın məlumatına görə, Mehdiabad qəsəbəsində ümumi sahəsi 105 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının, mətbəxinin yanar konstruksiyalar 18 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları yanıb. Yanğın zamanı ev sahibəsi, 1964-cü il təvəllüdlü Rəsulova Məlahət Əliyusif qızı tüstüdən boğularaq ölüb. Onun meyiti yanğınsöndürənlər hadisə yerinə çatana kimi qonşular tərəfindən aşkar edilərək evdən çıxarılıb.Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31