Bakı yaxınlığında dəmir yolu postu yanıb

Abşeron rayonunda dəmir yolu postunda yanğın olub. "Olaylar"-ın Lent.az-a istinadən məlumatına görə, Azərbaycan Dövlət Dəmir yolu QSC-yə məxsus Güzdək Dəmir Yol stansiyasının ümumi sahəsi 45 kv.m olan postunun yanar konstruksiyaları və içərisində olan avadanlıqlar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31