Bakıda dəhşətli qətl: başına kubiklə vurub öldürdülər
25 İyul 2014 21:05 KriminalBakıda qətl törədilib. "Olaylar"-ın APA-ya istinadən məlumata görə, hadisə "Koroğlu" Metrostansiyası yaxınlığında yerləşən körpünün altında qeydə alınıb. Adı hələlik istintaqa məlum olmayan 35-40 yaşlarında kişi naməlum şəxs və ya şəxslər tərəfindən başına "kubik"lə vuraraq qətlə yetirilib. Baş vermiş qətl hadisəsi ilə bağlı əməliyyat qrupu yaradılıb. Hazırda qətlə yetirilən və hadisəni törədən şəxs və ya şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31