Sevil Massivi ilə bağlı açıqlama

Tikinti şirkətinin əməkdaşları həbs olunublar

Son günlər bəzi kütləvi informasiya vasitələrində "Sevil Massivi" Mənzil Tikinti Kooperativinin vəzifəli şəxsləri barəsində aparılan istintaqla bağlı təhrif olunmuş məlumatlar, o cümlədən MTK-nın vəzifəli şəxslərinin guya ölkə ərazisini tərk etmələri və sair məzmunlu həqiqəti əks etdirməyən məlumatlar dərc edilərək ictimaiyyətə çatdırılıb. Baş Prokurorluğun mətbuat xidmətindən "Olaylar"a verilən əmlumata görə, "Sevil Massivi" MTK-da külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırılması faktına əsasən Vergilər Nazirliyində başlanmış cinayət işi başlanılıb. İstintaq aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir. Aparılmış istintaq zamanı kooperativin təsisçisi Aynur Zeynalovun həmin kooperativin direktoru Elçin İsmayılov və digərlərilə qabaqcadan əlbir olub 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınıblar. Habelə xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan qanunsuz sahibkarlıq fəaliyyətilə məşğul olaraq 99 min 597 manat məbləğində gəlir əldə ediblər. Bu barədə şübhələr üçün əsaslar olduğundan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən onlara Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. "Olaylar"
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31