Azərbaycan vergidən yayınan iki nəfəri axtarışa verib
25 İyul 2014 13:32 KriminalAzərbaycan vergidən yayınan daha iki nəfəri beynəlxalq axtarışa verib. "Olaylar" Apa-ya istinadən xəbər verir ki, 51 yaşlı Sergey Slobodin və 47 yaşlı Ruslan Çobanov Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) maddəsi ilə təqsirləndirilirlər. Hər iki şəxs Azərbaycandan qaçıb, onların saxlanılması üçün İnterpola müraciət olunub. Hazırda dövlətlərarası axtarış tədbirləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31