Şampun qabından narkotik çıxdı

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Elnur Mətləb oğlu Abıyevə xalası oğlu Cəbrayıl Gündüz oğlu Rəcəbovun gətirdiyi sovqata baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, baxış zamanı "Head and Shoulders" şampun qabının içərisində 4 ədəd sellofana bükülərək gizlədilmiş, xalis çəkisi 3.99 qram olan narkotik vasitə - "marixuana", xalis çəkisi 2.490 qram olan narkotik vasitə - "tiryək", xalis çəkisi 0.52 qram olan narkotik vasitə - "həşiş qətranı" və xalis çəkisi 0.573 qram olan narkotik vasitə - "heroin" aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31