5 ədəd kreslodan 45 qram tiryək çıxdı

Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşları - Parvizi Hormoz Anoush oğlu və onun köməkçisi Gholamin Bahman Alijan oğlunun idarə etdikləri "Scania" markalı sərnişin avtobusundakı yüklərə "HEIMANN" markalı rentgen aparatı ilə baxış keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, baxış zamanı, 5 ədəd kreslonun içərisində - arxa hissədə korpusa bərkidilmiş vəziyyətdə, müxtəlif ölçülü plastik borularda xalis çəkisi 45 qram olan narkotik vasitə - tiryək aşkar edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31