Mingəçevirdə mağaza yanıb
25 İyul 2014 12:34 KriminalMingəçevir şəhərində vətəndaşa məxsus mağazada yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, ümumi sahəsi 70 kv.m olan mağazanın lambirdən ibarət tavanı 5 kv.m sahədə, mağazanın içərisində olan 2 ədəd kondisioner, 1 ədəd kompyuter və ərzaq malları qismən yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31