Masallı şəhərində vətəndaşa məxsus avtomobil sexində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a daxil olan məlumata görə, ümumi sahəsi 6 kv.m olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində olan avadanlıqlar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31