Ot tayasına çıxan 73 yaşlı kişi yıxılıb öldü

Yaşlı kişi nərdivandan ehtiyatsızlıqdan yıxılıb

Şəkidə 73 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.  "Olaylar"ın  Anspress-ə istinadən verdiyi xəbərə görə, Bideyz kəndində yaşayan 1941-ci il təvəllüdlü Hidayət İsgəndərov həyətyanı sahəsində yığılmış ot tayasının üstünə çıxıb. Yaşlı kişi nərdivanda olarkən ehtiyatsızlıqdan yıxılıb. Ağır yaralanan yaşlı kişi xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Hidayət İsgəndərov bu gecə xəstəxanada dünyasını dəyişib. Fakla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31