Qaxda narkotik becərən balakənlilər tutuldular

Qax rayon ərazisində narkotik tərkibli bitkiləri əkib-becərən Balakən rayon sakinləri saxlanılıb. Balakənli qonaqların narkotik sevdasını Qax polisi boğazında qoyub. "Olaylar" Milli.az-a  istinadən xəbər verir ki, Qax RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin becərilməsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib. Nəticədə rayonun Calayir kənd inzibati ərazisində meşə zolağının ayr-ayrı hissələrində birində 5 ədəd, digər hissəsində isə 20 ədəd olmaqla, kultivasiya üsulu ilə əkilib aqrotexniki qaydada qulluq edilən narkotik tərkibli bitki hesab olunan çətənə kolları aşkar edilib. Narkotik tərkibli bitkilərin kimin tərəfindən əkildiyini müəyyən etmək üçün əraziyə Qax RPŞ-i tərəfindən pusqu təyin edilib. Nəzarətdə olan əraziyə iki nəfər nəməlum şəxs gələrək narkotik tərkibli bitkiyə qulluq edərkən onalar elə iş başında saxlanılıb. Aparılan araşdırma zamanı məlum olub ki, ərazidə narkotik tərkibli bitkini əkən və qulluq edən şəxslər 33 yaşlı, Balakən rayonu Gərəkli kənd sakini Akif Musayev və Balakən sakini, 39 yaşlı Rəfail Manafovdur. Saxlanılan şəxslərdən birinin üstündə aparılan axtarış zamanı 5,7 qram narkotik maddə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülüb. İş başında yaxalanan Akif Musayev və Rəfail Manafov Qax RPŞ-nin əməkdaşları tərəfindən şöbəyə aparılıblar. Onların sözlərinə görə, çətənə kollarını özlərinin istifadəsi üçün əkiblər. Fakla bağlı Qax RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31