Goradildə tikinti materialları yanıb
24 İyul 2014 14:43 KriminalAbşeron rayonu, Goradil qəsəbəsində vətəndaşa məxsus köməkçi tikilidə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə həyətyanı sahədə tikilmiş ümumi sahəsi 80 kv.m olan köməkçi tikilinin içərisinə yığılmış plastik qapı-pəncərə çərçivələri və tikinti materialları 25 kv.m sahədə yanıb. Bitişik tikilmiş ev yanğından mühafizə olunub. Yanğın saat yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31