Yanğın qonşu binaları da cənginə aldı

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus 2 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 5 kv.m sahədə və ona bitişik digər vətəndaşa məxsus tikilinin içərisinə yığılmış taxta tullantıları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikillilər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31