Masallıda kitabxana yanıb

Masallı rayonu, Qəriblər kəndindəki kitabxanada yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 40 kv.m olan birmərtəbəli kitabxana binasının yanar konstruksiyaları və içərisində olan kitablar 15 kv.m sahədə yanıb. Kitabxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31