Hacıqabul şəhərində vətəndaşa məxsus bərbərxanada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 20 kv.m olan bərbərxananın lambirdən ibarət tavanı 20 kv.m sahədə və içərisində olan mebel qismən yanıb. Bərbərxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31