Liman şəhərində 4 otaqlı ev yanıb
24 İyul 2014 14:26 KriminalLənkəran rayonu, Liman şəhərində vətəndaşa məxsus 4 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 112 kv.m olan birmərtəbəli 4 otaq, aynabənddən ibarət evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31