Bakıda restoranda qumar oyunu təşkil edən ifşa olundu

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azadlıq prospektində yerləşən "Arena City" restoranında, Lerik rayon sakini Vaqif Şamilovun "Poker" kart-qumar oyunları təşkil etməsi müəyyən edilib. "Olaylar"ın Modern.az  istinadən verdiyi xəbərə görə, restorana baxış zamanı 2 ədəd "Poker" oyun kart dəsti, qumar oyunlarına qoyulmuş 245 manat aşkar edilərək götürülüb.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31