Bakı metrosunun əməkdaşı saxlanıldı

Meropoliten əməkdaşı mənimsəməyə görə axtarışda olub

Bakıda axtarışda olan metro işçisi saxlanılıb.  "Olaylar"ın  Anspress-ə istinadən verdiyi məlumata görə, əməliyyat Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə axtarışda olan 1974-cü il təvəllüdlü Seymur Məhərrəmov tutulub. Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsindən verilən əmlumata görə, saxlanılan Seymur Məhərrəmov Bakı Metropoliteninin əməkdaşıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31