“Xaqani” bağında bıçaqlanma
23 İyul 2014 18:45 Kriminalİyulun 22-də paytaxtın Səbail rayonu ərazisində, "Xaqani" bağının yaxınlığında Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Quliyev Şahin Elçin oğlunun bədəninin müxtəlif nahiyələrindən aldığı kəsilmiş-deşilmiş xəsarətlərlə bağlı xəstəxanaya yerləşdirilib. Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə yaydığı məlumata görə, fakta görə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. İstintaqla müəyyən edilib ki, Şirvan şəhər sakini Kərim Kərimov həmyerliləri Fuad Əliyev, İlham Şadıyev və Əli Süleymanov ilə birlikdə "Xaqani" bağında olarkən ictimai qaydanı kobud şəkildə pozaraq Şahin Quliyevlə mübahisə ediblər. Bu zaman K.Kərimov üstündə gəzdirdiyi bıçaqla, Fuad Əliyev isə fiziki zor tətbiq etməklə Ş.Quliyevə müxtəlif dərəcəli bədən xəsarətlər yetirərək hadisə yerindən qaçıb. Paytaxtın hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən Kərim Kərimov və Fuad Əliyev tutularaq istintaqa cəlb olunub. K.Kərimovun üzərinə baxış keçirilərkən bir ədəd bıçaq və "beşbarmaq" aşkar edilərək maddi sübut kimi götürülüb. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.