21 yaşlı gənc Kürdə batdı
23 İyul 2014 18:39 KriminalSalyanda daha bir nəfər Kürdə batıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Kür çayının Salyan rayonu Kür Qaraqaşlı kəndi ərazisindən keçən hissəsində 1993-cü il təvəllüdlü Ağasəlim Taleh oğlu Səlimov batıb. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb.
Qeyd edək ki, son 10 gündə Salyanda 4 nəfər Kürdə boğulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31